“Cəbrayıl torpağında yaşamağı ürəkdən istəyirəm” - Əməkdar artist

saytların hazırlanması

Evə çatdırılma

“Cəbrayıl torpağında yaşamağı ürəkdən istəyirəm” - Əməkdar artist

Şou

29 İyun 2022 17:54 961


“Təbrikiniz üçün çox sağ olun. Əslində doğum günüm 28 iyun gecəsidir. Bu münasibətlə dünən 44 günlük Vətən müharibəsində şəhid olan Yalçın Cavadovun övladının toyunda iştirak etdim. Elə doğum günümü də orda keçirdim”.

Yenisabah.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Əməkdar artist İlkin Əhmədov deyib. Xanəndə doğulduğu Cəbrayıl rayonunun Hovuslu kəndində yaşamaq arzusunda olduğunu da bildirib:

“Şəhid qardaşımızın balasının kiçik toyunda şəhid balaları, anaları, qazilərimiz iştirak edirdi. Bu da mənim ən böyük istəyim idi ki, doğum günümü onlarla bir yerdə keçirim və bu da oldu.  Dördpendirli pizza

Təbii ki, doğulduğum kənddə yaşamağı ürəkdən istəyirəm, niyə də olmasın... Amma əlbəttə ki, dövlətimizin məsləhəti necə olsa, tikinti-quruculuq işləri harda aparılsa, orda da yaşayaram. Əsas odur ki, Cəbrayıl torpağı olsun. Şükür Allaha ki, idmanım da, yaradıcılığım da öz qaydasındadır”.

Qeyd edək ki, İlkin Əhmədov 1984-cü ildə Cəbrayıl rayonunun Hovuslu kəndində anadan olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!