Cəbrayıl və Şuşada elektrikli avtobuslar, velosipedlər üçün yollar olacaq

saytların hazırlanması

Evə çatdırılma

Cəbrayıl və Şuşada elektrikli avtobuslar, velosipedlər üçün yollar olacaq

Sosial

01 Oktyabr 2023 12:15 797


Cəbrayıl və Şuşa şəhərlərində elektrikli avtobuslar və velosipedlər üçün ayrı yollar olacaq.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu şəhərlər üzrə dizayner Adiran Qriffits “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Bakıda keçirilən “Davamlı şəhər inkişafının idarə edilməsində şəhər hərəkətliliyinin əhəmiyyəti” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda deyib.

O bildirib: "Cəbrayıl və Şuşada yol infrastrukturunun qurulmasında iştirak edirəm. Hər iki şəhərdə elektrik avtobuslarının və velosipedlərin hərəkəti üçün şərait yaradılır. Velosiped yolunu yaradan zaman bunun üçün parklanmanı, təhlükəsizliyi təmin etmək vacibdir. Əsas diqqət etdiyimiz məqamlardan biri də velosiped yollarının yaşıllıq, mənzərəli yerlərdən salınmasıdır. Yaşıl, dayanıqlı nəqliyyat infrastrukturu insanlar üçün təhlükəsiz, təmiz olmalıdır". pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!