Cəbrayılda daha bir erməni hərbçisinin meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Cəbrayılda daha bir erməni hərbçisinin meyiti tapıldı

Rəsmi

26 Yanvar 2022 12:44 595


İşğaldan azad olunan ərazidə daha bir erməni hərbçisinin meyiti aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

O bildirib ki, erməni hərbçisinin meyiti dünən axşam saatlarında işğaldan azad olunan Cəbrayıl rayonu ərazisində aşkarlanıb.

"Azərbaycan, rus və ermənilərdən ibarət axtarış qrupunun keçirdiyi əməlliyyat-axtarışlar zamanı meyit aşkar edilib. Meyit Ermənistana təhvil verilib", - Ə.Şahidov qeyd edib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!