Cəbrayılda günəş elektrik stansiyasının təməli nə vaxt qoyulacaq? 

saytların hazırlanması

Evə çatdırılma

Cəbrayılda günəş elektrik stansiyasının təməli nə vaxt qoyulacaq? 

Sosial

19 Fevral 2024 17:21 460


BP şirkətinin Cəbrayılda tikəcəyi 240 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi ilə bağlı yekun investisiya qərarı 2024-cü ilin ikinci yarısında gözlənilir. 

Yenisabah.az xəbər verir ki, bu fikirləri BP şirkətinin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərin suallarını cavablandırarkən bildirib. 

B.Aslanbəyli qeyd edib ki, artıq bununla bağlı hazırlıq işləri yekunlaşır: “Minalardan təmizləmə işləri yekunlaşmaq üzrədir. Günəş elektrik stansiyasının təməli yekun investisiya qərarı qəbul edildikdən sonra bu il qoyulacaq”.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!