Cəbrayılda inşa olunan yaşayış kompleksi 33 binadan ibarət olacaq

saytların hazırlanması

Evə çatdırılma

Cəbrayılda inşa olunan yaşayış kompleksi 33 binadan ibarət olacaq

Sosial

30 Sentyabr 2023 11:27 345


Bu ilin aprel ayından başlayaraq Cəbrayıl şəhərinin inzibati ərazisində, 7,87 hektar ərazidə inşa edilən yaşayış kompleksi 6 məhəllədən - 33 binadan ibarət olacaq. 

"Report" xəbər verir ki, bu barədə bu gün şəhərə təşkil olunmuş mediaturda bildirilib. 

Məlumata görə, binalar 4-5 mərtəbəli, ümumilikdə 712 mənzilli olacaq. Mənzillərdən 8-nin birotaqlı, 136-sının ikiotaqlı, 8-nin 2-3 otaqdan ibarət studiya tipli, 392-nin üçotaqlı, 168-nin isə dördotaqlı olması nəzərdə tutulub.  Sezar pizza

Tikinti işləri başa çatdıqdan sonra bu binalarda 2 158 sakinin məskunlaşdırılması nəzərdə tutulur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!