Cəbrayılda minaya düşən şəxsin vəziyyəti   AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Cəbrayılda minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

Hadisə

23 İyul 2026 23:27 115


İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Həsənli kəndi ərazisində iyulun 23-də baş vermiş mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, 1979-cu il təvəllüdlü kişi iyulun 23-də saat 21 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. pizza mizza

Ona sağ said sümüyünün orta üçdəbir hissəsinin yerdəyişən sınığı, həmçinin incik və qamış sümüklərinin yerdəyişən qəlpəli açıq sınıqları diaqnozu təyin edilib.

Hazırda pasiyentin müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!