Cəbrayılda yaralanan erməni FHN dəstə komandirini Azərbaycan hərbçiləri xilas etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Cəbrayılda yaralanan erməni FHN dəstə komandirini Azərbaycan hərbçiləri xilas etdi - Foto

Hadisə

15 Aprel 2021 21:35 1552


Bu gün işğaldan azad olunmuş ərazilərdə erməni hərbçilərinə məxsus cəsədlərin qalıqlarının axtarışı zamanı erməni FHN dəstə komandiri yaralanıb.

Erməni KİV-in yaydığı məmlumata görə, hadisə Cəbrayıl rayonunun Kənd Horadiz ərazisində baş verib. Erməni komandir sağ ayaq pəncəsindən yaralanıb və ona ilk tibbi yardımı Azərbaycan hərbçiləri göstərib. Daha sonra yaralı Xankəndi hospitalına çatdırılıb və əməliyyat olunub. Onun həyatı üçün təhlükənin olmadığı bildirilib.

Qeyd edək ki, bu, axtarış işləri zamanı baş vermiş sayca üçüncü analoji hadisədir.

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!