“Cəbrayılın Azərbaycan üçün böyük töhfəsi olacaq” - İlham Əliyev

saytların hazırlanması

Evə çatdırılma

“Cəbrayılın Azərbaycan üçün böyük töhfəsi olacaq” - İlham Əliyev

Siyasət

09 May 2026 21:44 102


Ümumiyyətlə, Cəbrayılın gələcəkdə həm kənd təsərrüfatı, həm də nəqliyyat nöqteyi-nəzərindən Azərbaycan üçün böyük töhfəsi olacaq.

"Yeni Sabah" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşündə deyib.

"Köhnə yolu siz yəqin ki, xatırlayırsınız, sovet vaxtında - işğala qədər çox ensiz bir yol idi, düz Araz çayının boyunca gedirdi. Onu biz bərpa etdik, amma yeni yol, - indi bilmirəm, siz onu görmüsünüz, yoxsa yox, - Zəngəzur dəhlizinin bir hissəsi olan, ta Ermənistan sərhədinə gedən dördzolaqlı yol. Yəni bunun ondan yuxarı standartları da yoxdur. Ona görə nəqliyyat məsələləri də burada həll olunur və gələcəkdə Cəbrayıl, beynəlxalq nəqliyyat dəhlizi üzərində qurulan şəhər və kəndlər bundan faydalanacaq",- dövlət başçısı bildirib. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!