Cəbrayıllılar doğma yurda qayıdır - Deputatdan müjdə

saytların hazırlanması

Evə çatdırılma

Cəbrayıllılar doğma yurda qayıdır - Deputatdan müjdə

Sosial

22 İyun 2024 13:15 442


Bu gün bir çox ərazilərimiz kimi, Cəbrayıl və Qubadlıda da böyük bərpa-quruculuq və abadlıq işləri həyata keçirilir.  

Bakıvaxtı.az xəbər verir ki, artıq Cəbrayılın rayon mərkəzində, Horovlu, kəndində və Şükürbəyli kəndində sürətli işlər aparılmaqdadır. 

Cəbrayıl-Qubadlı seçki dairəsindən olan deputat Ceyhun Məmmədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu il cəbrayılların öz doğma yurdlarına qayıtmaları planlaşdırılır:  pizza sifarişi

“Burada görülən abadlıq, quruculuq işləri bunu söyləməyə tam imkan verir. Yəni bu gün biz deyə bilərik ki, Böyük Qayıdış prosesi əvvəldə planlaşdırıldığından daha sürətli bir formada həyata keçirilir. Cəbrayılda bu işlər yekunlaşmaq üzrədir. Artıq evlərin daxilində və üz hissəsində son işlər görülür. Yəni sürətli bir formada qayıdış istiqamətində addımlar atılır, layihələr həyata keçirilir”. 

Deputat qeyd edib ki, bu gün Cəbrayılda məktəb tikintisində gedən işlər də yekunlaşmaq üzrədir: 

“Bu gün Cəbrayılda digər işlərdə sürətli bir formada həyata keçirilir. Burada xəstəxana tikilir, elektrik enerjisi təchizatı ən yüksək səviyyədə həllini tapır, təmin olunur. Əminliklə söyləyə bilərik ki, ən qısa vaxtda Cəbrayıl bərpa olunacaq və burada bütün tədbirlər, fəaliyyətlər ən yüksək səviyyədə həyata keçiriləcək”, - deyə o əlavə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!