Aktyor Sərxan Kərəmoğlu onu tənqid edə Teymur Əmraha sərt cavab verib.
“Yeni Sabah” xəbər verir ki, Sərxan “Show news” verilişində əməkdar artistin ünvanına xoşagəlməz sözlər deyib:
“Teymur Əmrahın çox gözəl yaddaşı var. Bir də görürsən ki, mənə deyir ki, filankəs neçənci ildə doğulub? Cavabında deyirəm ki, cəhənnəm ol, əcəb edirəm bilmirəm. Sənin həyatda nə problemin var? Arvad, uşaq, ailə problemin yoxdur. Başın boşdur, məlumatları ora yükləyirsən. Mənimsə başım doludur. İçərisində yer yoxdu. Mənə deyir ki, sən ali məktəbə daxil oldun, oxumadın. Teymur, sənin işin-gücün yox idi deyə gedib oxudun. Mən elə bir vaxtda ali məktəbə daxil oldum ki, ailə bir tərəfdə, atamı da itirdim. Mən o zaman oxumaqla, yoxsa problemlərimlə məşğul olmalı idim? Sənətkar olmaq üçün sənətkar doğulmaq lazımdır. Sınıqçının yanına gedəndə ondan ali diplom tələb edirik?” pizza hut
Telegram kanalımız