Dünya şöhrətli aktyor Ceki Çanın yeni görüntüləri yayılıb.
“Yeni Sabah” xəbər verir ki, döyüş sənətləri və komediya janrında çəkildiyi filmlərlə tanınan aktyor 2026-cı il NBA Çin oyunlarını izləyərkən kameralara tuş gəlib.
Ceki Çan qarşılaşmanı məşhur futbolçu Devid Bekhem və “Alibaba” şirkətinin qurucusu Cek Ma ilə birlikdə meydançanın kənarından izləyib. Marqarita pizza
3 məşhur simanın eyni məkanda olması maraqla qarşılanıb.
72 yaşlı aktyorun son görüntüləri uzun illərdir onu izləyən pərəstişkarlarının marağına səbəb olub. Ceki Çan bu dəfə yeni filmi ilə deyil, idman tədbirindəki görünüşü ilə gündəmə gəlib.
Çan “Tanrının zirehi 4: Ultimatum” filminin çəkilişləri üçün bu ilin avqustunda Bakıya gəlmişdi.
Aydan Hacı
Telegram kanalımız