ATV-nin "Gündən-günə" verilişinin bugünki qonaqları arasında aktyorlar Nicat Rəhimov və İlkin Misgərli də olub.
"Yeni Sabah" xəbər verir ki, aktyorlar "Buğlama" teletamaşasının rayonlardan birində çəkilişini aparan zaman qalmaqal yaşadıqları hadisəni danışıblar.
Nicat Rəhimov başlarına gələn hadisəni belə danışıb: "Soyuqda çəkiliş etdik, ev sahibindən icazə aldıq. Hava elə soyuq idi ki, danışa bilmirdik. Çəkiliş bitəndən sonra oğul gəlib dava etdi ki, "Ev görsənməsin. Moskvadan bu gün gəlmişəm, xəbərim olmayıb. Bu kadrlar efirə gedə bilməz". Artıq həmin rayonda ikinci dəfədi eyni hadisə ilə qarşılaşdıq. Tarixdir, evin görüntüsü qalır arxivdə. Burda nə var idi ki". Toyuqlu pizza
İlkin Misgərli isə "Çəkiliş əla alınmışdı. Bilmədik oğlan hardan gəldi... Həmin kadrları gedib dağın başında çəkdik" deyə, əlavə edib.
Telegram kanalımız