Cəlilabad rayonunda şəhid Rafail İşiyevin və şəhid Fizuli Həbibinin adına olan bulağın açılışı olub.
Yenisabah.az xəbər verir ki, bulaq şəhidlərin oxuduğu Cəlilabad rayon 8 nömrəli tam orta məktəbin qarşısında istifadəyə verilib.
Bulağın açılışında şəhid ailələrinin üzvləri ilə yanaşı Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidlərimiz bulaq önündə bir daha xatırlanıb. Çıxışçılar onların qəhrəmanlığlarından söz açıblar. Pepperoni pizza
Bu gün həmçinin şəhid Rafail İşiyevin doğum günüdür. O, 1979-cu ildə Cəlilabad rayonunda anadan olub. Bu münasibətlə onun məzarı ziyarət edilib və ruhuna dualar oxunub.



/Report
Telegram kanalımız