Cəlilabadda 9 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda 9 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur

Sosial

06 İyul 2026 19:19 92


Cəlilabadda 9 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən, Cəlilabad rayonunda Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd marşrutu üzrə avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. AAYDA icra olunan, ümumi uzunluğu 18 kilometr olan layihə 7 mindən artıq əhalinin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edir. Pepperoni pizza

Layihə çərçivəsində indiyədək yolun 4,3 kilometrlik hissəsində torpaq işləri, 3,3 kilometrlik hissəsində isə yol əsasının alt qatının inşası tamamlanıb. Bununla yanaşı, yolun dayanıqlığını və təhlükəsiz istismarını təmin etmək məqsədilə 9 nöqtədə suötürücü boruların quraşdırılması işləri davam etdirilir. Tikinti prosesi müasir inşaat norma və qaydalarına uyğun şəkildə həyata keçirilir, AAYDA qeyd edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!