Cəlilabadda kartofun qiyməti kəskin ucuzlaşıb

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda kartofun qiyməti kəskin ucuzlaşıb

Sosial

29 May 2023 22:31 1321


Cəlilabad rayonunda kartofun qiyməti kəskin şəkildə ucuzlaşıb.

Bu barədə “Report”un yerli bürosuna bir qrup fermer məlumat verib.

Onların sözlərinə görə, əvvəllər qiymətlər daxili və xarici bazarlara uyğun tənzimlənsə də, son günlər məhsulun qiyməti xeyli aşağı düşüb. Pepperoni pizza

Qeyd olunub ki, bir neçə həftə əvvəl 0,6-1 manata satılan kartofun indiki qiyməti 0,2-0,25 manat civarındadır.

Sahibkarlar məhsulun bu qiymətə satışının yetişdirilənədək sərf olunan xərcləri ödəmədiyini söyləyiblər.

Amma onlar kartofun xarab olmaması üçün satmağa məcbur olduqlarını bildiriblər.

Qeyd edək ki, Cəlilabadda yetişdirilən kartof məhsulu daha çox Rusiya bazarlarına ixrac olunur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!