Cəlilabad rayonunda park tikintisi zamanı qədim əşyalar aşkar olunan ərazi nəzarətə götürülüb.
"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, ərazi hasarlanıb və kamera quraşdırılıb.
Xatırladaq ki, əşyalar bir müddət öncə rayonun Nar bağı adlanan ərazisində salınan parkın tikintisi zamanı aşkarlanıb. Dominos pizza
Həmin ərazidə aparılan qazıntılar zamanı qədim dövrə aid təsərrüfat küpləri və digər maddi-mədəniyyət nümunələri üzə çıxıb.
Tarixi tapıntılarla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, dosent Vəfa Mahmudova əraziyə ezam olunub və burada tədqiqat işlərinə başlayıb.
Telegram kanalımız