Cəmi 1 nəfər 700 topladı - Təhsilin keyfiyyəti azalıb, yoxsa suallar qəlizləşib?

saytların hazırlanması

Evə çatdırılma

Cəmi 1 nəfər 700 topladı - Təhsilin keyfiyyəti azalıb, yoxsa suallar qəlizləşib?

Sosial

20 İyul 2026 14:32 445


2026-cı ilin qəbul imtahanlarında hələlik cəmi 1 nəfər ən yüksək nəticə göstərib.

700 bal toplamış abituriyentlərin son 10 illik statistikası bu göstəricinin ildən-ilə azaldığına dəlalət edir.

Bu, nəyin nəticəsidr: təhsilin keyfiyyəti azalıb, yoxsa imtahn sualları daha da qəlizləşib? pizza hut

“700 bal toplayanların sayının azalması, ilk növbədə, 2019-cu ildən tətbiq edilən yeni qəbul imtahanı modeli ilə bağlıdır. Həmin ildən ali təhsil müəssisələrinə qəbul imtahanları kurikulum əsaslı qiymətləndirmə sistemi üzrə keçirilməyə başlanıb və bu da əvvəlki ənənəvi modeldən fərqləndiyi üçün abituriyentlərdə müəyyən çətinlik və çaşqınlıq yaradıb”.

Bunu “Yeni Sabah”a təhsil eksperti Elçin Əfəndi bildirib.

O xatırladıb ki, yeni model tətbiq olunmazdan əvvəl bəzi illərdə 700 bal toplayanların sayı 30 nəfərə yaxın olurdu:

“Lakin yeni sistemdə açıq və qapalı tipli sualların birlikdə tətbiqi, xüsusilə də açıq yazılı tapşırıqlarda edilən səhvlərin nəticəyə daha çox təsir etməsi maksimum bal toplayanların sayının azalmasına səbəb olub”.

Ekspert vurğulayıb ki, bunu imtahan suallarının çətinləşdirilməsi kimi qiymətləndirmək doğru deyil:

"Qəbul imtahanı sualları keçirilən mövzular əsasında hazırlanır. 700 bal toplayanların sayına baxaraq ümumi təhsilin keyfiyyətini qiymətləndirmək olmaz. Bir neçə nəfərin 700 bal toplaması fonunda əksər abituriyentlərin aşağı nəticə göstərməsi təhsilin keyfiyyəti barədə müsbət fikir formalaşdırmır. Əksinə, 700 bal toplayan az olsa belə, abituriyentlərin böyük hissəsinin 400-450 bal və daha yüksək nəticə əldə etməsi ümumi təhsil səviyyəsinin daha yaxşı göstəricisi hesab oluna bilər”.

Aytəkin Əzizqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!