Cəmil Həsənli DTX-də ifadəsi alındıqdan sonra sərbəst buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Cəmil Həsənli DTX-də ifadəsi alındıqdan sonra sərbəst buraxıldı

Kriminal

30 Noyabr 2025 21:19 1961


Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli Ramiz Mehdiyevin cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilib.

"Yeni Sabah" xəbər verir ki, Cəmil Həsənli ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Qeyd edək ki, C. Həsənli dindirilmək üçün DTX-yə çağırılmışdı. O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə şahid qismində cəlb edilib. Marqarita pizza

Onu da xatırladaq ki, Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib. O, sosial şəbəkə hesabında bildirib ki, bu gün guya "qızının ailəvi tədbiri ilə bağlı" həyat yoldaşı ilə Dubaya getmək istəyirmiş. Lakin aeroportda ona ölkədən çıxış məhdudiyyəti tətbiq edildiyini öyrənib. Cəmil Həsənlinin həyat yoldaşı ölkəni tərk edib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!