“Cəmiyyətdə əxlaqsızlıq, pozğunluq varsa, təqsirkarı məktəbdir” 

saytların hazırlanması

Evə çatdırılma

“Cəmiyyətdə əxlaqsızlıq, pozğunluq varsa, təqsirkarı məktəbdir” 

Sosial

18 May 2022 09:51 7773


“Karantinin nəticələri yavaş-yavaş özünü göstərməyə başlayır: yeni doğulan uşaqların sayı artıb, məktəblərdə xoşagəlməz hadisələrin sayı-hesabı bilinmir, gündə bir bəd xəbər, gündə bir hadisə”.

“Yeni Sabah” xəbər verir ki, bunu İT mütəxəssisi, ekspert Vahid Qasımov sosial şəbəkə hesabında yazıb. O, qeyd edib ki, Təhsil Nazirliyi çənləri çalır, direktorlar SOS siqnalı verir, müəllimlər valideyn iclasları çağırır, bütün valideynlərə tapşırılır ki, uşaqlarına tərbiyə versinlər. Təhsil idarəçilərinə xitab edən V. Qasımov bildirib:

“Əziz, hörmətli məktəb, müəllimlər, direktorlar v.s. Bəlkə də xəbəriniz yoxdur, yoxdursa, mən yazım: məktəbin funksiyası TƏHSİL, TƏLİM və TƏRBİYƏDİR. Məktəb bunu valideynlərdən tələb etməməli, ÖZÜ bunu təmin etməlidir. pizza mizza

Valideynlər məşğul ola bilər, savadsız ola bilər, bəsit pedaqoji bilikləri olmaya bilər. Amma müəllim pedaqoq və tərbiyəçi olmaq məcburiyyətindədir. Pedaqoji təhsili almışdır (elə fərz edək), buna görə dövlət büdcəsindən maaş alır, məhz bu finksiyaları icra etmək üçün işə cəlb olunur”.

V. Qasımov qeyd edib ki, cəmiyyətdə əxlaqsızlıq, pozğunçuluq, oğruluq, rüşvət, korrupsiya v.s. nə kimi neqativ hallar varsa, - hamısının təqsirkarı məktəbdir: “Çünki fərdin inkişafı dövründə bir şagirdin evindən daha çox vaxt keçirdiyi və ən intensiz sosiallaşma mühiti olan yer məhz məktəbdir. Bir fərd psixoloji olaraq əyri formalaşırsa, bu birbaşa məktəbin günahıdır, bunu ailənin üstünə atmaq məsuliyyətdən qaçmaqdan başqa bir şey deyildir.

Sovet sistemi təhsilinin dəyişməsi lazımdır. Təhsil mühitinin dəyişməsi lazımdır. Məktəb və müəllim anlayışlarının dəyişməsi lazımdır. Müasir anlamda bunların prototip olaraq götürüləsi çox gözəl Skandinav modeli mövcuddur. Heç olmasa bəzi pilot məktəblərdə olsun. Heç olmasa özəl müəssisələrdə olsun. Nə olar, təhsil reformu məktəb təmirindən başlamayaydı, müasir, öz ixtisasını bilən, öz işini sevən müəllimlərin yetişdirilməyindən başlayaydı”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!