“Cəmiyyətin elə təbəqəsi var ki, onu özbaşına buraxmaq olmaz”

saytların hazırlanması

Evə çatdırılma

“Cəmiyyətin elə təbəqəsi var ki, onu özbaşına buraxmaq olmaz”

Sosial

26 Dekabr 2023 10:57 558


Son vaxtlar Azərbaycan ziyalısı ilə cəmiyyəti arasında müəyyən uçurum yaranıb. Bəzi sosioloqlar iddia edirlər ki, burada günahkar, xəyal qırıqlığına uğrayan tərəf, yəni ziyalılar özləridir. Çünki ziyalılar cəmiyyətdə ictimai-siyasi təfəkkür, dərin elmi mühakimə, geniş mütaliə, fəal vətəndaş mövqeyi gözləyirlər. 

Mövzu ilə bağlı şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu “Yeni Sabah”la fikirlərini bölüşüb. Onun sözlərinə görə, ziyalılar insanları qınamalı deyil: 

“Ziyalı cəmiyyətin önündə gedən bir şəxsdir. Hər kəs bu təbəqədən nələrsə gözləyir. Onlar çobanı, fəhləni, dülgəri qınayırsa, mübarizə elə onların öz arasında davam edəcək. Ziyalı təbəqəsi ilə cəmiyyətin yerdə qalan hissəsi arasında daima ziddiyyətlər olub. Bu, təbii prosesdir. Tarixən Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Həsən bəy Zərdabinin yoluna baxsaq, ziyalılarla digər şəxslərin mübarizəsini açıq-aydın müşahidə edə bilərik. Ziyalı olmaq ilahi missiyadır. Əgər ziyalılar insanları ancaq tənqid edəcək və yönləndirməyəcəksə, ziyalı olmaq onda nəyə gərəkdir? Bu adamlar cəmiyyətin o qalan hissəsini arxasınca aparmaq üçün çalışmalıdır. Düşünürəm ki, nə ziyalılar, nə də yerdə qalan əhali bir-birini qınamamalıdır”. pizza

Şair bildirir ki, cəmiyyətin elə təbəqəsi var ki, onu özbaşına buraxmaq olmaz: 

“Biz Şərq mədəniyyətinə yaxın xalqlardanıq. Şərq xalqları da şah və hakimiyyət sevən olur. Onların bir əlində Quran, digərində isə qılınc olub. Kim Qurana inanmasa, o saat qılınc başının üstündə görünür. Bizdə qılınc dövlətin əlindədir. Bu səbəbdən kitab oxumaq, maarifləndirmək kimi məsələlərdə dövlət dəstəyi mütləqdir. Bu məsələlərdə televiziya kanallarına müvafiq yol xəritəsi verilməlidir. Belə bir məsəl var ki, ölünü də özbaşına buraxsan, kəfənindən çıxıb qaçar. Ona görə də, həm ziyalılar, həmçinin də dövlət siravi insanları özbaşına buraxmamalıdır. Siravi vətəndaşların bəziləri təhsil almayıb, dünya görüşləri aşağı səviyyədədir, bilmirlər ki, bu fani dünya haradan gəlib, hara gedir. Bu insanları yönləndirmək, təhsilə cəlb etmək mütləq işdir. Sovet hakimiyyəti dövründə hər kəsə məcburi qaydada kitab oxutdururdular, müxtəlif qruplar yaradırdılar. Ümumiyyətlə, dünyada kütləni idarə edən 2 amil var. Onlardan biri dövlət, biri də dindir. Bu ikisi işləyən çarxlardır. Əgər dayansalar, cəmiyyət çevrilib kütlə olur. Hətta ziyalılar da onlardan üz döndərərsə, onları tənqid edib küsərsə, böyük xaos yaranar. Ziyalı həmin insanları yola gətirmək üçün dövləti də, dini də məcbur edən şəxsdir”. 

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!