Çempionlar Liqası: “Qarabağ” bu gün Bakıda cavab matçına çıxacaq

saytların hazırlanması

Evə çatdırılma

Çempionlar Liqası: “Qarabağ” bu gün Bakıda cavab matçına çıxacaq

İdman

30 İyul 2024 09:42 596


Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. 

Yenisabah.az xəbər verir ki Azərbaycan çempionu “Qarabağ” da meydana çıxacaq. Ağdam klubu Bakıda Cəbəllütariq “Linkoln”u ilə üz-üzə gələcək. 

Qarşılaşma 20:00-da start götürəcək. İlk görüşdə Qurban Qurbanovun komandası səfərdə 2:0 hesablı qələbə qazanıb.  Dominos pizza

Qeyd edək ki, mərhələ adlayacaq tərəf üçüncü turda “Ludoqorest” (Bolqarıstan) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. Bu iki cütün məğlubları isə UEFA Avropa Liqasında üz-üzə gələcəklər. 

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

30 iyul

20:00. “Qarabağ” (Azərbaycan) - “Linkoln” (Cəbəllütariq”

Baş hakim: Yakob Sandberq (Danimarka)

Tofiq Bəhramov adına Respublika stadionu 

İlk oyun - 2:0 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!