Cennifer evlilik ildönümünü başqa kişi ilə keçirtdi -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Cennifer evlilik ildönümünü başqa kişi ilə keçirtdi - FOTOLAR

Şou

17 İyul 2024 15:11 777


Məşhur müğənni Cennifer Lopezlə aktyor həyat yoldaşı Ben Afflekin münasibəti ilə bağlı xəbərlər demək olar ki, hər gün yayımlanır.

Yenisabah.az xəbər verir ki, cütlük ayrıldıqlarını təsdiqləməsə də, bir yerdə görüntülənmirlər. Ancaq bu dəfə hər şey obyektivlərə başqa cür əks olunub.

Cütlük ikinci evlilik ildönümünü də ayrı qeyd edib. Həmin gün CeyLo Bendən uzaqda və hətta başqa bir şəxslə görüntülənib. Müğənni və həmin şəxs Hamptons ətrafında maşın sürərkən görüntülənib. pizza hut

"Page Six" yazır ki, avtomobili Cenniferin dostu və part-time meneceri idarə edib.

Ben Afflekin özü də ildönümünü Los-Ancelesdə, iş başında keçirib./ Axşam.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!