“Çevik” ləqəbi ilə tanınan TikToker Məqsəd Bağırov ötən gün yaşadığı Qəbələ şəhərində döyülüb.
“Yeni Sabah” xəbər verir ki, hadisə şahidlərinin bildirdiyinə görə, Məqsəd Bağırov əvvəlcə həmin şəxslər tərəfindən söhbət etmək məqsədilə evinin yaxınlığında yerləşən kafeyə çağırılıb və döyülüb.
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları hadisəyə müdaxilə edib və iki nəfər saxlanılıb. pizza hut
Qeyd edək ki, saxlanılan şəxslərin kimliyi barədə hələlik məlumat yoxdur.
Telegram kanalımız