6 Oktyabr - 23:47
Ceyhun Bayramov ATƏT sədri ilə Ermənistanın təxribatı barədə fikir mübadiləsi apardı

Ceyhun Bayramov ATƏT sədri ilə Ermənistanın təxribatı barədə fikir mübadiləsi apardı

Siyasət

23 Sentyabr 2022 00:56 406


Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri qismində Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə görüşündə ATƏT sədri ilə Ermənistanın təxribatı barədə fikir mübadiləsi aparıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Nazirlər ATƏT çərçivəsində əməkdaşlıq, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Bununla yanaşı tərəflər, Ermənistanın davamlı təxribatları, bölgədəki son gərginliyin səbəbi və nəticələri ilə bağlı fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!