Ceyhun Salmanov və digərləri sərbəst buraxıldı -   YENİLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Salmanov və digərləri sərbəst buraxıldı - YENİLƏNDİ

Kriminal

01 İyul 2026 12:51 105


 

"Qurtuluş" Reabilitasiya Mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. pizza

Hökmə əsasən, Ceyhun Salmanova 3 il 3 ay, Elşad Məhərrəmov 3 il 6 ay, Natiq Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Onların cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti seçilməklə şərti hesab olunub.

Hər üç şəxs məhkəmə zalından azadlığa buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!