Ceyhun Səfərov yeni vəzifəyə təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Səfərov yeni vəzifəyə təyin olundu

Sosial

05 Avqust 2021 20:42 2702


Tanınmış jurnalist Ceyhun Səfərov yeni vəzifəyə təyin olunub.

Yenisabah.az xəbər verir ki, bu baarədə məlumat verən jurnalist “AzVirt” MMC-nin Baş direktorunun mətbuat və informasiya məsələləri üzrə müşaviri vəzifəsində çalışdığını bildirib.

C. Səfərov qeyd edib ki, bu, onun üçün yeni bir mərhələdir: pizza hut

"Əvvəl çalışdığım yerlərdə işimin öhdəsindən necə gəlmişəmsə, burada da səylə çalışıb, adını qeyd etdyim şirkətin rəhbərliyinin, kollektivinin etimadını doğrultmaqdan ötrü əlimdən nə gəlirsə edəcəyəm".

O deyib ki, “AzVirt” MMC işğaldan azad olunan ərazilərdə mühim yol və hava limanı tikintisi layihələrini həyata keçirir: "Bütün jurnalist həmkarlarıma bizimlə uğurlu əməkdaşlıq arzulayıram".

Qeyd edək ki, C.Səfərov bu təyinatadək "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi olub. Daha əvvəl isə televiziyada fəaliyyət göstərib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!