"Çalışdığım televiziyadan (AzTV) getməyimin səbəbi ailə qurmağımla əlaqədar deyil. Orada çalışanda da ailəli idim. Elə dövr idi ki, AzTV-nin rəhbərliyi və televiziyadakı şərtlər dəyişdi. Rəhbərliyin şərtləri altında çalışmağım məni qanə etmədi".
Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri keçmiş aparıcı Ceyran Rəhimova "Sözbaz" verilişində deyib.
O, AzTV ilə yollarının ayrılması səbəblərindən danışıb: Pepperoni pizza
"23 yaşımdan televiziyadayam. O zamanlar televiziyanın qarşısında maşınlar dayanırdı ki, xanım aparıcılar oradan çıxanda görsünlər. O qədər olurdu ki, işdən çıxanda görürdüm ki, avtomobilim üstü güllərlə doludur. Məktublar olurdu... Bu, çox gözəl hisslərdir. Amma işlədiyim dövrün sonunda gördüm ki, qızlar altı düz "ləpik"də işə gəlirlər.
Əyinlərinə elə geyimlər geyinirdilər ki! Mən sərbəst geyimin əleyhinə deyiləm. Amma baxır hansı idarənin qapısından içəri daxil olursan. O qədər cılızlaşdırdılar ki... Televiziyadan hörmətli şəkildə getdim. Qərar verdim və dedim ki, televiziyaya dönməyəcəm".
Telegram kanalımız