Ceyran Rəhimovadan aparıcılara irad: “Tamaşaçının nəyinə lazımdır?”

saytların hazırlanması

Evə çatdırılma

Ceyran Rəhimovadan aparıcılara irad: “Tamaşaçının nəyinə lazımdır?”

Şou

07 Oktyabr 2026 14:49 83


"Aparıcı, müğənni, aktrisa – bunlar hamısı başqadır. Mən düşünürəm ki, aparıcı öz məişətini təqdim etməməlidir. Bişmiş qazanın içini tamamilə tamaşaçıya göstərmək lazım deyil".

"Yeni Sabah" axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Ceyran Rəhimova “Sevilən səhər” proqramında deyib.

O, aparıcıların şəxsi həyatlarını tamaşaçı ilə bölüşməsinin tərəfdarı olmadığını bildirib: Toyuqlu pizza

"Mən bu gün nə yedim, kimə yardım etdim, kimlə qalmaqal etdim. Bunlar tamaşaçının nəyinə lazımdır? Mənim qalmaqalım yoxdur, belə şeylərdən çox uzağam. Sosial şəbəkənin də aktiv istifadəçisi deyiləm. Aparıcılar öz məişətini qapalı saxlamırlar. Qapalı saxlasalar, daha maraqlı, baxımlı olarlar. Tamaşaçı maraqlanar ki, görəsən, bu gün haradaydı? Bu şeylər məndə bir az qapalıdır”.

Xatırlatma: C.Rəhimova tezliklə Space TV-də “Sən bir nəğmə, mən bir nəğmə” verilişi ilə tamaşaçıların görüşünə gələcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!