“Cibindən bıçaq çıxardı” – Müğənninin toy əhvalatları

saytların hazırlanması

Evə çatdırılma

“Cibindən bıçaq çıxardı” – Müğənninin toy əhvalatları

Şou

18 Fevral 2024 11:32 913


"Aran rayonlarından birinə toya getmişdim. Mağar toyu idi. Ev sahibi gözəl süfrələr açmışdı, toya həddən çox adam dəvət olunmuşdu. Məclisin ən qızğın vaxtı çöldə hay-küy qopdu".

Yenisabah.az lent.az-a istinadla xəbər verir ki, bunu müğənni Qədir Qızılsəs danışıb.

O əlavə edib: "Hamı başladı qaçışmağa. Bir də gördük, toy çadırı uçdu. Məni qolumdan tutub çölə qaçırtdılar. Demə, toy sahibinin düşməni varmış. "K-700" deyilən böyük traktorla girib bütün çadırı, məhləni şumlayıb keçdi, yemək qazanlarını aşırdı. Toy beləcə yarımçıq qaldı". Dördpendirli pizza

Qədir Qızılsəs toyda yaşadığı başqa bir faciəni də xatırlayıb:

"Bir dəfə də toylardan birində bir kişi yaxınlaşdı mənə, cibimə pul basdı, dedi bir muğam oxu. Başladım oxumağa, bu da arxası məclisə tərəf, qarşımda durub qulaq asır. Bir də gördüm bir nəfər də yaxınlaşır. Elə bildim, o da mahnı sifariş edəcək. Əlini atdı cibinə, bıçaq çıxarıb qarşımda dayanmış adamın belinə sapladı. Adam qarşımda can verdi. Toy yasa döndü".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!