Göygöl rayonunun Aşağı Zurnabad qəsəbəsində fəaliyyət göstərən "Çiçəkli" Su Elektrik Stansiyasında (SES) yenidənqurmadan sonra istismara verildiyi gündən bu ilin iyul ayına qədər 70,4 milyon kVt/saat elektrik energiyası istehsal olunub.
“Yeni Sabah” Energetika Nazirliyinin göstəricilərinə əsasən, xəbər verir ki, kiçik su elektrik stansiyaları yerli su ehtiyatlarından verimli istifadə olunmasında, yaşıl enerji payının artırılmasında və regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsində müstəsna rol oynayır.
Məlumat üçün bildirək ki, ümumi gücü 3 MVt olan "Çiçəkli" SES 2017-ci il avqustun 19-da təmirdən sonra yenidən istifadəyə verilib. Dördpendirli pizza
Telegram kanalımız