Çin təyyarələri Tayvanın hava sərhədini pozdu

saytların hazırlanması

Evə çatdırılma

Çin təyyarələri Tayvanın hava sərhədini pozdu

Dünya

26 Dekabr 2022 10:31 634


Çin Xalq Azadlıq Ordusunun 7 gəmisi Tayvan boğazına daxil olub, həmçinin Çinə məxsus 71 təyyarə boğazın üzərində uçuş həyata keçirib. 

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik 47 təyyarənin adaya yaxınlaşdığını və Tayvanın hava sərhədlərini pozduğunu açıqlayıb. Sezar pizza

Xatırladaq ki, Çin və ABŞ arasında münasibətlər ABŞ Konqresinin spikeri Nensi Pelosinin avqustun 2-də Çinin öz ərazisi hesab etdiyi Tayvan adasına səfərindən sonra kəskinləşib. Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ Prezidenti Cozef Bayden ilə noyabr ayında baş tutmuş görüşündə Tayvan məsələsinin ölkəsi üçün “qırmızı xətt” olduğunu bəyan edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!