“Cinayətkar yalanı unudun, bundan imtina edin” – Erməni fəaldan Paşinyana

saytların hazırlanması

Evə çatdırılma

“Cinayətkar yalanı unudun, bundan imtina edin” – Erməni fəaldan Paşinyana

Dünya

07 Noyabr 2020 12:26 1773


Ermənistanlı fəal Georgi Vanyan ölkəsinin Baş naziri Nikol Paşinyana müraciət ünvanlayıb.

"Facebook" hesabından etdiyi müraciətində o, bildirir ki, Ermənistan beynəlxalq ictimaiyyətdən utancverici sədəqə ümidini kənara qoymalıdır:

“Ermənistan Respublikası çoxdan öz vətəndaşlarına qarşı törətdiyi cinayətlərin həddini keçib. Bu cinayətkar qələbə cəfəngiyyatını dayandırın: qonşuya qalib gəlinməz, qonşu tapdalanmaz, qonşu məhv edilməz. Qonşu ilə danışmaq, ortaq dil tapana, qarşılıqlı anlaşmaya qədər danışmaq lazımdır.

Qonşuların bir-birini məhv etməsi tərəflərin özlərini məhv etməsinə aparır.

“Strateji müttəfiq” xilasedici gücü ilə əlaqəli cinayətkar yalanı unudun, bundan imtina edin.

Davam edən bu qırğın şərtlərində müttəfiq axtarmağı unudun, beynəlxalq ictimaiyyətdən utancverici sədəqə ümidini kənara qoyun.

Fəaliyyətsizliyə son qoyun, millətçi tabuların cinayət ətalətini dəf edin.

Son 30 ildə, xüsusən bu gün bir müttəfiqimiz ola bilər və var, bu müttəfiq qonşu Azərbaycandır. Danışın, qorxmadan həmkarınızın üzünə baxın”. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!