28 May - 17:00
Çində COVID-19 əleyhinə yeni peyvənd sınaqdan çıxarıldı

Çində COVID-19 əleyhinə yeni peyvənd sınaqdan çıxarıldı

Dünya

28 Yan 2022 14:58


Çində koronavirusa qarşı matritsa ribonukleyin turşusu (mRNT) vaksininin kliniki sınaqlarının birinci mərhələsi uğurla başa çatıb.

Yenisabah.az xəbər verir ki, vaksin “Abogen Biosciences” və “Walvax Biotechnology” şirkətləri tərəfindən Çin Hərbi Elmlər Akademiyası ilə birgə hazırlanıb.

Bu vaksin “Pfizer/BioNTech” şirkətlərinin vaksini ilə eyni texnologiya əsasında hazırlanıb.

Vaksinin sınaqları ötən il oktyabrın 30-dan dekabrın 2-dək Hançjou şəhərində 120 könüllünün iştirakı ilə keçirilib. Sınaqlar və sınaqdan sonrakı müşahidələr dövründə hər hansı bir əks-təsir müşahidə olunmayıb.

 


Youtube kanalımız


Digər xəbərlər