Çingiz Qənizadə antiterror tədbirlərində yaralanmış əsgərimizlə əlaqə saxladı

saytların hazırlanması

Evə çatdırılma

Çingiz Qənizadə antiterror tədbirlərində yaralanmış əsgərimizlə əlaqə saxladı

Sosial

24 Sentyabr 2023 14:58 428


Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, tanınmış hüquq müdafiəçisi Çingiz Qənizadə Qarabağda antiterror tədbirləri zamanı gözündən yaralanan əsgər Quliyev Ceyhun Rafiq oğlu ilə əlaqə saxlayıb.

Demokrat.az-ın məlumatına görə, sədr bildirib ki, Ceyhun Quliyev hazırda Ağdaş xəstəxanasında müalicə alır:

“Ağdaş Rayon Mərkəzi Xəstəxanasının ümumi cərrahı Cəbi Cəbiyevlə əlaqə saxladım. Ceyhun gözündən, qolundan, sinəsindən və ayağından çoxsaylı qəlpə yaraları alıb. Sol gözündəki qəlpə çıxarılıb. Müalicəsi davam edir. Ceyhunla görüntülü danışdım, ehtiyaclarını öyrəndim. Onun timsalında bütün yaralanmış əsgər və zabitlərimizə Allahdan şəfa diləyirəm”. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!