Cinsiyyət dəyişdirmək istəyənlər üçün yeni sərt cəzalar - 4 ilədək...

saytların hazırlanması

Evə çatdırılma

Cinsiyyət dəyişdirmək istəyənlər üçün yeni sərt cəzalar - 4 ilədək...

Dünya

17 Fevral 2026 19:10 581


Türkiyə hökuməti LGBTQ fəaliyyətlərini sərt şəkildə tənzimləyən yeni qanun layihəsini açıqlayıb. 

"Yeni Sabah" Türkiyə mətbuatına istinadən xəbər verir ki, qanun layihəsinə görə, LGBTQ-ni açıq şəkildə təşviq edən və dəstəkləyən şəxslər təxminən 3 ilədək həbs cəzası ilə üzləşə bilər.

Eyni cinsdən olanların nişan və ya simvolik nikah mərasimləri təşkil etməsi də cinayət sayılır və buna görə təxminən 4 ilədək həbs tətbiq olunacaq. Sezar pizza

Cinsiyyət dəyişdirmə əməliyyatları üçün yaş həddi 25-ə qaldırılır və bunun üçün rəsmi tibbi ekspertizalar və icazə tələb olunur. Qaydaları pozaraq əməliyyat həyata keçirən şəxslər 3-7 ilədək həbs və cərimə ilə cəzalandırılacaq; uşaqda və ya səlahiyyətsiz şəxslər tərəfindən edilərsə, cəza artırılacaq.

Layihə hələ parlamentdə müzakirə mərhələsindədir və qanunlaşması üçün əlavə təsdiq tələb olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!