Cinsiyyətini dəyişdirən türkiyəli DJ Doruk Doğrusöz evlənməyə hazırlaşır.
“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, müğənni-model Sevda Demirəl ilə eşq yaşamağa başlayıb. Xəstəxana çıxışında görüntülənən cütlük evlənməyi düşündüklərini, yaxında ailələrinin tanış olacağını açıqlayıblar.
“Xalqın nə gördüyü vecimə deyil. Bu günə qədər Türk xalqı bir çox şeyə tolerantlıq göstərib. Selin Ciyərci də evləndi, biz də yuva qurmaq istəyirik”, - deyə Sevda Demirel bildirib. pizza
Qeyd edək ki, Neslihan Doğrusöz 2017-ci ildə efirə gedən moda verilişi ilə məşhurluq qazanıb. O, süd vəzilərini əməliyyatla kəsdirdikdən sonra özünə Doruk adını seçib.


Telegram kanalımız