Cökə ağacı tinglərinin artırılmasına başlanıb

saytların hazırlanması

Evə çatdırılma

Cökə ağacı tinglərinin artırılmasına başlanıb

Sosial

07 Sentyabr 2022 14:38 4332


Cökə ağacının meşə sahələrində və digər yaşıllıq ərazilərdə sayının artırılması məqsədilə Meşələrin İnkişafı Xidmətinin Tovuz, Qəbələ və Zaqatala regional tinglik mərkəzlərində minlərlə cökə tinginin yetişdirilməsi planlaşdırılır. 

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev Yenisabah.az-a bildirib ki, cökə ağacı meşələrimizin ən qiymətli ağac cinslərindən biridir və bu qiymətli bitki növünün çoxaldılaraq ölkə ərazisində artırılması olduqca vacibdir. Ölkəmizin meşə ilə örtülü sahəsinin 0,2 faizə qədəri cökə cinsinin payına düşür.   

"Cökənin çoxaldılaraq meşəbərpa işlərində istifadəsi, cökə ağacı ilə örtülü meşə sahələrinin genişləndirilməsi, xüsusilə arıçılığın inkişafına töhfə verəcək. Cökə ağacı həm də fitonsitlik xüsusiyyətlərə malikdir ki, bu da havanın təmizlənməsinə şərait yaradır.”. pizza

Xidmət rəsmisi onu da qeyd edib ki,  cökə ağaclarının artırılması məqsədilə artıq texnoloji becərilmə üsullarının hazırlanmasına başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!