Coni Deppin keçmiş arvadı onu məhkəməyə verir

saytların hazırlanması

Evə çatdırılma

Coni Deppin keçmiş arvadı onu məhkəməyə verir

Şou

07 Sentyabr 2020 10:30 973


Tanınmış aktrisa Ember Hörd keçmiş əri Coni Deppi ona qarşı apardığı qarayaxma kampaniyasına görə məhkəməyə verib.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı aktrisa C.Deppdən 100 milyon dollar təzminat tələb edib. Bundan əvvəlsə Depp ona qarşı 50 milyon dollarlıq iddia qaldırmışdı.

9 Avqust tarixli məhkəmə sənədlərində E.Hörd Deppin ona qarşı  zorakılığa davam etdiyi və "nəzarətsiz bir şəkildə sürətlə artan istismara məruz qaldığı" iddialarını təkrar edib.  Sezar pizza

C.Depp isə öz növbəsində Hördün iddialarını rədd edir və evlilikləri boyunca şiddət tətbiq edən şəxsin Hörd olduğunu iddia edir. Hörd tərəfindən təqdim olunan sənədlərdə isə C.Deppin onu daima təhqir etdiyi yazılıb. 

Hördün vəkilləri Deppi aktrisanı nüfuzdan salmağa çalışmaqda, təşkil etdiyi onlayn qaralama kampaniyası ilə karyerasına, nüfuzuna və dolanışığına müdaxilə etməkdə ittiham edir. 

Xatırladaq ki, Coni Depp bir neçə gün öncə yeni sevgilisi ilə gündəmə gəlib.

57 yaşıə sənətçi özündən 30 yaş kiçik aktrisa ilə sevgilidir.

Alman əsilli aktrisa Sofi Hermanla bərabər olan C.Deppin onunla Londonda bir oteldə tanış olduqları bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!