Corc ictimai fəalı təhqir etdi: “İctimai fəal yox, ictimai VİRUSSAN!”

saytların hazırlanması

Evə çatdırılma

Corc ictimai fəalı təhqir etdi: “İctimai fəal yox, ictimai VİRUSSAN!”

Sosial

07 İyul 2022 11:40 2541


Roza Zərgərlinin övladlığa götürdüyü Corc Qafarova dövlət tərəfindən ev verilməsi qalmaqalı böyüyür.

Yenisabah.az xəbər verir ki, bu dəfə Corc onu tənqid edən ictimai fəal Bəxtiyar Hacıyevi təhqir edib.

B. Hacıyev sosial şəbəkə hesabında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarını sərt formada tənqid edib, həmin mənzilin şəhid ailələrinə verilməsini tələb edib. Dominos pizza

Bu yazı ictimaiyyət arasında geniş müzakirəyə səbəb olub və çox sayda sosial şəbəkə istifadəçisi rəy bölümündə onun fikrini dəstəkləyib.

Corc Qafarov da posta rəy bildirərək od püskürüb, ictimai fəalı təhqir atəşinə tutub. O Bəxtiyar Hacıyevi “virus” adlandırıb:

“Boş-boş, bilib-bilmədən yazma da! Mənim durumum necədir, xəbərin var? Evim var? Harada qalıram? Necəyəm, xəbərin var? Yoxdursa, ictimai fəal deyil, ictimai VİRUSSAN!”

Nurlan Cəfəri


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Aydin
    Ay Corc sən bəyəm xususi bir adamsanki,sənin evinin olub olmadigini hami bilməlidi? Sən heç bir qazinin dirnagi qədərdə dövlətimizə xeyrin dəyməyib..çixib tv lərde viz,vüz şəkilciləri ilə danişib dilimizi məhv etməkdən başqa nə xidmətin varki? Üstəlikdə əgər səni kimsə övladliga götürübsə artiq sən detdom uşagida sayilmirsan..heçkimi qinamaga haqqin yoxdu,təhqir etmək isə sənin tərbiyəndən irəli gəlir
    4 years ago