“COVID-19-la bağlı gündəlik statistika ləğv edilməlidir” -   Həkimdən maraqlı təklif

saytların hazırlanması

Evə çatdırılma

“COVID-19-la bağlı gündəlik statistika ləğv edilməlidir” - Həkimdən maraqlı təklif

Sosial

18 Oktyabr 2022 12:56 885


“Covid 19-la bağlı gündəlik statistika ləğv olunmalıdır”.

Bunu Yenisabah.az-a  Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev deyib.

Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatı (DST) son açıqlamlarında payız mövsümünün gəlişini pandemiyanın dirçəlişi, yoluxma sayının artması dövrü kimi səciyyələndirib və bununla bağlı xəbərdarlıq edib. Dominos pizza

A. Əliyevin sözlərinə görə, koronavirus da, pandemiya da artıq aylardır ki, bitib:

"Heç bir təhlükə yoxdur”.

Həkim bildirib ki, ölkədə koronavirusla bağlı narahatlıqdan söhbət gedə bilməz:

“Virus artıq dəfələrlə mutasiyaya uğrayaraq öldürücülük qabiliyyətini bitirib. İnsanların çoxu yoluxub sağalaraq təbii immunitet əldə ediblər. Yerdə qalanlar da peyvənd vasitəsilə immunitet qazanıblar. Pandemiyanın geri qayıtması mümkün deyil.

İnsanlar adi mövsümi qrip kimi xəstələnib sağalırlar. Yoluxma sayı 30 minə də qalxsa, problem deyil. COVID-19-la bağlı gündəlik statistika ləğv edilməlidir. Çünki koronavirus artıq təhlükəli bir xəstəlik deyil”.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!