Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

COVID-19 pasportu belə yoxlanılacaq  - Yeni mobil tətbiq
30 Avq 2021 15:41
933

COVID-19 pasportu belə yoxlanılacaq - Yeni mobil tətbiq

COVID-19 pasportunun yoxlanılması üçün “CheckApp” mobil tətbiqi istifadəyə verilib.

Yenisabah.az xəbər verir ki, tətbiq üzərindən vətəndaşların COVİD-19 pasportu yoxlanılacaq.  

Pasport aşağıdakı 4 sadə üsuldan biri ilə yoxlanıla bilər:

1. Vətəndaşın COVID-19 pasportunun QR kodunu oxutmaqla;

2. Vətəndaşın FİN-i və doğum ili üzrə axtarış etməklə;

3. Vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və doğum ili üzrə axtarış etməklə;

4. Vətəndaşın adı, soyadı, ata adı və doğum ili üzrə axtarış etməklə.

Vətəndaşlar isə COVID-19 pasportlarına “myGov” elektron hökumət portalı və ya mobil tətbiqi, eləcə də “e-TƏBİB” mobil tətbiqi və ya its.gov.az portalı üzərindən qeydiyyatdan keçməklə baxa bilər.

Mehri Qurban

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər