COVID pasportu olmayan neçə müəllim məktəbə buraxılmır?   - Rəsmi cavab

saytların hazırlanması

Evə çatdırılma

COVID pasportu olmayan neçə müəllim məktəbə buraxılmır? - Rəsmi cavab

Sosial

27 Sentyabr 2021 16:02 728


Təhsil Nazirliyi orta ümumtəhsil məktəblərinə COVID-19 pasportu olmaması səbəbilə buraxılmayan müəllimlər haqqında məlumat verib.

Yenisabah.az xəbər evrir ki, nazirlikdən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əyani tədris prosesinin başlandığı sentyabr ayının 22-dən bu günədək belə bir fakt qeydə alınmayıb.

Qeyd edək ki, sentyabrın 22-dən Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayıb. Sentyabrın 29-dan isə digər siniflər və ali təhsil müəssisələrində  tədris əyani formada başlayacaq. Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na əsasən, təhsil müəssisələri işçilərinin azı 80 faizinin COVİD-19 pasportunun (COVİD-19-a qarşı peyvənd sertifikatı və ya COVİD-19-a qarşı immunitet sertifikatı) olması tələb edilir. Bu tələb təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilməyəcək. Pepperoni pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!