“Koronavirus pandemiyasının yavaş-yavaş sona çatması hər birimizi sevindirir, amma hələlik Dünya Səhiyyə Təşkilatı (DST) pandemiyanın ləğvini elan etməyib. Bu isə o deməkdir ki, pandemiyanın yenidən alovlanması təhlükəsi ola bilər”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O, xüsusi karantin rejimində bir sıra qadağaların ləğv edilməsi və Azərbaycanın quru sərhədlərinin açılması ehtimalından söz açıb. Sezar pizza
M. Quliyev xatırladıb ki, Baş nazir Əli Əsədovun sərəncamı ilə hava nəqliyyatında gediş-gəlişin daha da yumşaldılması və demək olar ki, bütün maneələrin aradan qaldırılması bunu söyləməyə ümid verir: üzü yaya doğru quru sərhədləri də açıla bilər:
“Hər halda quru sərhədlərinin açılması ilə bağlı qərarı Nazirlər Kabineti verəcək. Bu qadağa təhlükəsizliklə bağlıdır. Ola bilsin ki, təkcə pandemiya təhlükəsizliyi deyil, eyni zamanda, terror, hərbi-siyasi müdaxiləsi ola bilər. Qonşu ölkələrdə olan gərgin proseslərin də mənfi təsiri nəzərə alınır”.
Komitə sədri əlavə edib: “Çox arzu edərdik ki, üzü yaya getdiyinə görə turizm sezonu da fəallaşacaq. Azərbaycanın qeyri-neft sektorunda turizmin payı kifayət qədərdir və onun inkişafı iqtisadiyyata müsbət təsir göstərir. Bunu nəzərə alaraq, yay fəslində gediş-gəlişin ya tam, ya da müəyyən yüngülləşmələr ilə bərpa edilməsi arzuolunandır”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız