Xəbər verdiyimiz kimi, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə işdən çıxarılan Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev və aktrisa sevgilisi Pərvin Abıyevanın ayrılması ilə bağlı məlumatlar yayılıb. Yazılanlara görə, Abdullayev uzun müddətdir sevgili olduğu Pərvinlə münasibətinə nöqtə qoyub.
“Yeni Sabah” xəbər verir ki, P. Abıyeva ayrılıq iddialarına münasibət bildirib. Aktrisa sosial media hesabından video paylaşaraq belə izah edib:
"Ata ilə ana dünyasını dəyişir və ayrılır. Bacı-qardaş da ailə qurur ayrılır. Övladlar da böyüyür, ailə qurur və ayrılırlar. Amma ər və arvad ayrılmır" Dördpendirli pizza
Aktrisa daha sonra bu barədə yenə fikir bildirib: "Yazırsız, pozursuz, düzürsüz, qoşursuz. Bekar insanlar doluşub, şərh yerində ağzına gələni yazır. Məncə, çox sevinməyin, hər şeyin reallığını mən bilirəm. Məndən daha yaxşı bilən olmaz" sözlərini əlavə edib.
Telegram kanalımız