“Çox sevirdim, qulluq etmək istəyirdim, amma...” Mənzurədən ürəkağrıdan sözlər

saytların hazırlanması

Evə çatdırılma

“Çox sevirdim, qulluq etmək istəyirdim, amma...” Mənzurədən ürəkağrıdan sözlər

Şou

16 Aprel 2025 10:48 592


“İlk pulumu sinifyoldaşımın xına məclisində qazanmışam”.

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva “Gün ortası” verilişində deyib. O, həmin vaxtları belə yad edib:

“Coratda yaşamışam. 8-ci sinifdə, 15 yaşımda oxumağa başlamışam. Sinifyoldaşlarım o zaman tez nişanlanıb, ailə qururdular. Mən də onların xına mərasimlərində həm qarmonda ifa edir, həm də oxuyurdum. Yadıma gəlir ki, xınadan 70 manat pul qazanmışdım. Sinifyoldaşlarıma dedim ki, bufetdən nə alsanız, hamısı mənlikdir”.  pizza hut

Aparıcı Zümrüd Qasımova sənətçidən necə bir ailə arzuladığını soruşub. Müğənninin cavabı isə heç ürəkaçan olmayıb:

“Mən həmişə arzulamışam ki, yoldaşımın qulluğunda necə dayanım, onu çox sevim. Bütün bunlar hamısı həyatımda tərsinə oldu. Mən 4 cür yemək hazırlayırdım. Yoldaşım isə deyirdi ki, mağazadan alardın da, nə gərək var. Düşünürdüm ki, mən buna əlimlə şirniyyat hazırlayıram, amma o mənə mağazadan almağımı təklif edir. Bunlara dəyər verməyəndə insan istər-istəməz ruhdan düşür. Fikirləşir ki, əziyyət çəkmək lazım deyil, bir cür yemək bişir, qoy, yesin”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!