Çoxlarının bilmədiyi gömrük qadağaları: Bu məhsulları gətirmək problem yarada bilər

saytların hazırlanması

Evə çatdırılma

Çoxlarının bilmədiyi gömrük qadağaları: Bu məhsulları gətirmək problem yarada bilər

Sosial

06 İyul 2026 17:15 278


Gömrükdən hansı malların sərbəst keçirilə bildiyini əksər insanlar bilir. Lakin elə əşyalar da var ki, gündəlik istifadə olunsa da, onların ölkəyə gətirilməsi və ya ölkədən çıxarılması qadağandır, yaxud yalnız xüsusi icazə ilə mümkündür.

“Yeni Sabah” xəbər verir ki, Nazirlər Kabinetinin təsdiq etdiyi "Gömrük sərhədindən keçirilməsinə qadağa və məhdudiyyət tədbirləri tətbiq olunan bəzi malların kodlu Siyahısı"nda neçə-neçə belə mal yer alıb.

Həmin sənədə əsasən, elektron siqaretlər, onların mayeləri və digər komponentlərinin idxalı və ixracı qadağandır. pizza

Ətraf mühitin mühafizəsi məqsədilə qalınlığı 15 mikrona qədər olan birdəfəlik polietilen torbaların ölkəyə gətirilməsinə də icazə verilmir. Eyni qadağa birdəfəlik plastik qaşıq, çəngəl, bıçaq, boşqab, stəkan və içki qarışdırmaq üçün istifadə olunan plastik çubuqlara da şamil edilir.

Siyahıda enerji səmərəliliyi ilə bağlı məhdudiyyətlər də yer alıb. Müəyyən gücdən yuxarı köhnə tipli közərmə lampalarının idxalı mərhələli şəkildə qadağan olunub.

Sənəddə gündəlik istifadə olunan bəzi dərman vasitələri də xüsusi yer tutur. Tərkibində sibutramin olan arıqlama preparatları, qatifloksasin tərkibli bəzi antibiotiklər, fenspirid tərkibli öskürək dərmanları, tioridazin tərkibli preparatlar və bir sıra digər dərman vasitələrinin ölkəyə gətirilməsi qadağan olunan mallar siyahısına daxil edilib.

Məhdudiyyət tətbiq olunan mallar arasında ilk baxışdan adi görünən ölçü cihazları da var. Bunlara lazerli məsafəölçənlər, ştangenpərgarlar, nivelirlər, teodolitlər, taxeometrlər, geodeziya GPS cihazları, elektron və infraqırmızı termometrlər, radiasiya ölçən dozimetrlər, radiometrlər və spektrometrlər daxildir. Bu avadanlıqların bir hissəsi dövlət metroloji nəzarətinə aid olduğundan onların ölkəyə gətirilməsi xüsusi qaydalarla tənzimlənir.

Qida məhsulları ilə bağlı bölmədə də maraqlı məqamlar var. Pendir, kəsmik, kefir, ayran, qatılaşdırılmış süd, həmçinin bəzi digər heyvan mənşəli məhsullar fitosanitar və baytarlıq nəzarəti çərçivəsində xüsusi tələblərlə ölkəyə buraxılır.

Kənd təsərrüfatı məhsulları da nəzarətdən kənarda qalmayıb. GMO toxumları, toxumluq kartof, qarğıdalı, soya, günəbaxan və bəzi digər əkin materiallarının idxalı xüsusi icazə əsasında həyata keçirilir.

Poçt göndərişləri ilə bağlı qaydalar da bir çoxları üçün gözlənilməz görünə bilər. Belə ki, tez xarab olan ərzaqların, civənin, turşuların, radioaktiv maddələrin, habelə sikkə və kağız pulların beynəlxalq poçt göndərişləri ilə daşınmasına yol verilmir.

Siyahıda kibercinayət törətmək üçün hazırlanmış proqram və qurğular, dövlət sirri təşkil edən materiallar, dövlət təltifləri, bəzi mədəni sərvətlər, 1960-cı ildən əvvəl istehsal olunmuş antik mebellər və qədim musiqi alətləri də xüsusi icazə olmadan sərhəddən keçirilə bilməyən mallar sırasında göstərilib.

Siyahıda qida məhsulları ilə bağlı da bir sıra məhdudiyyətlər yer alıb. Belə ki, təbii balın gömrük sərhədindən keçirilməsi baytarlıq nəzarətinə tabedir. Yəni məhsulun ölkəyə gətirilməsi müəyyən qaydalara və müvafiq sənədləşməyə uyğun həyata keçirilə bilər.

Məhdudiyyət tətbiq olunan məhsullar arasında pendir və kəsmik də var. Bu məhsullar heyvan mənşəli ərzaq hesab olunduğundan onların idxalı zamanı baytarlıq və qida təhlükəsizliyi tələblərinə əməl olunmalıdır.

Sənəddə ilk baxışdan adi görünən bitkilər də yer alıb. Məsələn, zanbaq soğanaqları fitosanitar nəzarət tətbiq olunan mallar sırasındadır. Bu səbəbdən onları ölkəyə gətirmək istəyən şəxslər müvafiq icazə və tələbləri əvvəlcədən nəzərə almalıdırlar. 

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!