16 Avqust - 12:05
Cüdoçumuz açıq Avropa turnirinin qızıl medalını qazandı

Cüdoçumuz açıq Avropa turnirinin qızıl medalını qazandı

İdman

03 İyul 2022 19:41 513


Rumıniyanın Kluj-Napoka şəhərində böyüklər arasında keçirilən açıq Avropa turnirində daha bir cüdoçumuz uğurla çıxış edərək qızıl medal qazanıb.

Yenisabah.az xəbər verir ki, kişilər arasında mübarizə aparan Murad Fətiyev (90 kq) bütün rəqiblərini məğlub edərək yarışın qalibi adına sahib olub.

Qeyd edək ki, bundan əvvəl tatami ustalarımız Nazir Talıbov (60 kq), Telman Vəliyev (73 kq) qızıl, Rəşad Yelkiyev (60 kq), Ruslan Paşayev (66 kq), Nəriman Mirzəyev (73 kq) bürünc medallara yiyələniblər.

Yarışda Azərbaycan 14 kişi və 3 qadın olmaqla 17 cüdoçu ilə təmsil olunur. Açıq Avropa turnirində 33 ölkədən 62 qadın və 150 kişi cüdoçu iştirak edir./AZƏRTAC


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!