Cümşüd Nuriyev: “Bakıda müxtəlif vəzifələrdə çox sayda erməni var”

saytların hazırlanması

Evə çatdırılma

Cümşüd Nuriyev: “Bakıda müxtəlif vəzifələrdə çox sayda erməni var”

Siyasət

09 Dekabr 2022 16:11 2494


“Bakıda 30 minə yaxın erməni var. Müxtəlif vəzifələrdə çoxsaylı ermənilər çalışırlar. Onları televiziyaya dəvət edib, danışdırmaq lazımdır”.

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, bunu sabiq deputat Cümşüd Nuriyev deyib.

O bildirib ki, "Media bunu etməlidir, 1990-cı illərdə də bunu etmişik. Erməniləri danışdırmaq lazımdır ki, onlarla Bakıda, Sumqayıtda, Gəncədə necə rəftar edirlər, övladları hansı vəzifələrdədir...

Bakıdakı ermənilərin siyahıları var, hamısı məlumdur. Bütün mənzil yaşayış sahələrində - “JEK”lərdə ermənilərin hansı mənzillərdə yaşadıqlarını çox gözəl bilirlər.

Düzdür, ərinin soyadını qəbul edən erməni qadınlar var, bunu başa düşürük. Amma 50-60 ildir, Bakıda yaşayan təmiz ermənilər də var. Onlara müraciət etmək lazımdır. AzTV və digərləri nümunə kimi belə verilişlər hazırlamalıdır. Görsünlər ki, bu, həm xalq diplomatiyasıdır, həm də Azərbaycan Prezidenti bunu elan edir. Onlara həqiqi yanaşma nə yerdədir?

Bu qədər televiziya kanalları var. Başqa şeylər üçün vaxt tapırlar. Erməniləri efirə dəvət etsinlər. Bu, televiziyada daha yaxşı effekt verəcək. Desinlər ki, Azərbaycanda hər cür şəraitləri var. Vallah, Bakıda ermənilər bizdən yaxşı yaşayırlar…”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!