Dadaşov efirə qayıtmaq istəmir: “Məndən də qəşəng aparıcılar var“ - Video

saytların hazırlanması

Evə çatdırılma

Dadaşov efirə qayıtmaq istəmir: “Məndən də qəşəng aparıcılar var“ - Video

Şou

23 May 2023 11:23 921


Xəzər Media Mərkəzinin rəhbəri, Xalq artisti Murad Dadaşov yenidən aparıcı olmaq niyyətində deyil.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, o, estafeti digərlərinə ötürdüyünü bildirib: 

“Mən televiziyadayam. O qədər TV-dəyəm ki, heç həyatım boyunca bu qədər televiziyada olmamışam. İnanmıram ki, yenidən ekranlara aparıcı olaraq qayıdım. O vəziyyətdə deyiləm. Amma əminəm ki, məndən də qat-qat istedadlı, gəşəng, yaraşıqlı, çevik, daha düşüncəli və istedadlı aparıcılar efirə çıxmalıdır. Bunun üçün hər bir şəraiti yaradacağam. Böyük bir media mərkəzinin rəhbəri kimi üzərimdə inzibati işlərin yükü böyükdür.  Sezar pizza

Açıq deyim, dövr dəyişməlidir. Hər bir dövrün öz qəhrəmanları var. Hesab edirəm ki, müəyyən bir dövrün qəhrəmanı idim. İndi böyüklüyüm və istedadım onda olar ki, yeni nəsil yetişdirim və onları efirə çıxarım. Ömür boyu tək özüm olsam, daha nə oldu? O zaman mahiyyətim, gözəl rəhbərliyim nədədir ki?

Hər şey öz anında gözəldir. Əlbəttə, bu gün də formadayam. Ən vacib məsələ odur ki, öz missiyamı növbəti marafonda digərlərinə çatdırım. Estafeti cavan nəsilə ötürüm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!