Bakı Ekspo Mərkəzində keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgisinin açılışında iştirak edən Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Peşə Təhsili üzrə Dövlət Agentliyinin stendini ziyarət edib və fəaliyyəti ilə tanış olublar.
“Yeni Sabah” xəbər verir ki, dövlət başçısı və xanımı Dövlət Agentliyinin tabeliyindəki kollec tələbələri ilə söhbət ediblər, onların istehsal etdikləri çiyələyin dadı ilə maraqlanıblar.
Prezident İlham Əliyev: Dördpendirli pizza
- Dadı necədir?
Stend iştirakçıları:
- Çox gözəl dadı var.
Mehriban Əliyeva çiyələkdən yeyib və çox gözəl daddığını söyləyib.
Dövlət Agentliyinin sosial şəbəkə hesabında yayımlanan həmin görüntüləri təqdim edirik:
Aytac Əliyeva
Telegram kanalımız